Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
İsmayıllıda kros qaçışı üzrə Azərbaycan çempionatı başa çatıb.

Çempionatda Bakı yığma komandası ilə yanaşı, Sumqayıt, Gəncə, Bərdə, Laçın, “Təhsil-1”, “Təhsil-5”, Astara, İsmayıllı, Lahıc, İvanovkanı təmsil edən 4 yaş kateqoriyası üzrə 100-dən çox idmançı mübarizə aparıb.

Şəxsi hesabda kişilər və oğlanlar arasında Elman Abışov (Bakı, 10 kilometr məsafəyə qaçış), Səməd Əhmədov (Gəncə, 6 km), Mahmud Mehdiyev (Bakı, 3 km) və Ümid İbrahimov (Gəncə, 2 km) birinci olublar. Qadın və qızların mübarizəsində Bakı atletləri - Anna Yusupova (6 km), Günel Manafova (4 km), Tutuxanım İsrafilova (2 km) və Bahar Mustafayeva (1 km) birinci yerə layiq görülüblər.

Xəbər 729 dəfə oxundu.