«Anortosis» kənarlaşdırıldı
Kiprin «Anortosis» klubu Avropa Liqasından kənarlaşdırılıb. İdman.com.az saytının məlümatına görə, UEFA, ada komandasını azarkeşlərinin turnirin 3-cü mərhələsindəki oyununda meydana çıxması səbəbindən bu cəzaya məruz qoyub.

Gürcüstan «Dila»sı ilə ilk oyunda kiprlilər 1:0 hesabı ilə qalib gəlmişdilər. Təkrar görüşdə «Anartosis» rəqibinin 3 qoluna cavab verə bilmədi. Bu vəziyyətdə yerli azarkeşlər meydana çıxıb oyunun dayandırılmasına səbəb oldular.

UEFA «Dila»nın 3:0-lıq qələbəsini qüvvədə saxladı. Beləliklə, gürcü klubu Avropa Liqası pley-offunda Portuqaliya «Maritimu»su ilə qarşılaşacaq. Bu duelin qalibi isə turnirin qurp mərhələsinə düşür.

«Anartosis» turnirdən kənarlaşdırmadan savayı, 50 min avro cərimə ödəyəcək və Avrokuboklarda da növbəti 3 ev oyununu tamaşaçısız keçirəcək.


Xəbər 1030 dəfə oxundu.