Modriçin keçidi razılaşdırıldı
«Tottenhem»in yarımmüdafiəçisi Luka Modriç İspaniyaya yola düşüb. İdman.com.az saytının məlümatına görə, futbolçu «Real»la müqavilə ərəfəsində Madriddə tibbi müayinədən keçməlidir.

26 yaşlı xorvat La Liqanın hazırkı çempionunun düşərgəsinə keçidi məsələsini yaxın 48 saat ərzində rəsmi müstəviyə salmalıdır.
Madridlilər «Tottenhem»lə artıq Modriçin transfer dəyərini də razılaşdırıblar. Bu məbləğ 30 milyon funta bərabərdir.

Xəbər 1024 dəfə oxundu.