Qonzalo İquain bir neçə il də "kral klubu"nda qala bilər | |
"Real"da forma geyən Qonzalo İquain bir neçə il də "kral klubu"nda qala bilər. Madrid təmsilçisi argentinalı hücumçuya yeni müqavilə təklif edib. İspan nəhəngi 24 yaşlı futbolçunu 2016-cı ilədək komandada saxlamaq niyyətindədi. Oyunçu isə hələlik məsələ ilə bağlı heç nə deməyib. Lakin onun müqaviləni uzadacağı inandırıcıdı. İquain 2007-ci ildən "Real"ın uğurları üçün tər tökür. O, bu komandanın heyətində keçirdiyi 162 matçda 91 qol vurub. |
|
Xəbər 986 dəfə oxundu. |
|
|