Qadın voleybolçulardan ibarət Belarus millisi Avropa çempionatının təsnifat mərhələsi üçün heyətini açıqlayıb
Qadın voleybolçulardan ibarət Belarus millisi Avropa çempionatının təsnifat mərhələsi üçün heyətini açıqlayıb. Azərbaycan yığmasının rəqibi iştirak ərizəsinə 18 oyunçunun adını daxil edib.

Bunlardan 6-sı ölkəmiz üçün tanışdır. Belə ki, Viktor Qonçarov “Lokomotiv”lə “Çelenc Cup”ın qızıl, Super Liqanın gümüş medalını qazanan və yeni mövsümdə də Azərbaycanda oynayacaq Olqa Palçevskaya ilə Vera Klimoviçə yenə güvənəcək. O, “Rabitə”nin yeni transferi Kristina Zakrevskayanı da komandaya cəlb edib.

Çalışdırıcı 2009/2010 mövsümündə “Azərreyl”in şərəfini qorumuş Marina Tumas, 2011/2012 mövsümündə isə “İqtisadçı”nın formasını geyinmiş Alina İlyuta və həmin il “Azəryolservis”də oynamış Tatyana Markeviçi də yığmamızla oyuna çağırılıb.

Belarusun heyəti: Olqa Palçevskaya, Viktoriya Qurova, Natalya Tsupranova, Vera Klimoviç, Anna Şevçenko, Anjelika Boriseviç, Qalina Karşakeviç, Anna Kalinovskaya, Tatyana Markeviç, Anastasiya Qarelik, Nedejda Molosay, Marina Tumas, Alina İlyuta, Kristina Mixaylenko, Yuliya Markovskaya, Tatyana Serik, Kristina Zakrevskaya, Olqa Pavlyukovskaya.

Qeyd edək ki, II təsnifat mərhələsində C qrupunda Azərbaycan və Belarusla yanaşı, Avstriya ilə Finlandiya da mübarizə aparacaq. İlk dövrəyə sentyabrın 7-də start veriləcək.

Xəbər 1015 dəfə oxundu.