“Simurq” daha bir futbolçu ilə anlaşıb
“Simurq” daha bir futbolçu ilə anlaşıb. Zaqatala klubunun Bosniya və Hersoqovina milli komandasının sabiq üzvü Mario Boziçlə razılıq əldə etdiyi deyilir.
Qeyd edək ki, 29 yaşı olan futbolçu yarımmüdafiəçidi. 181 sm boya malik oyunçu karyerası ərzində Serbiyanın “Loznitsa”, “Radniçki”, “Milkcionar”, “Borats”, Macarıstınan “Videoton, “Ujpeşt”, Slovakiyanın “Slovan”, İsrailin “Aşdod” klublarında forma geyinib. Onun son iş yeri Çinin “Şanxay Şenhua” klubu olub. Bu il adıçəkilən komandada 12 oyun keçirən Boziç Didye Droqba, Nikola Anelka kimi superulduzlarla birlikdə oynayıb.
Futbolçu 2007-ci ildən sonra Bosniya və Hersoqovina yığmasına iki dəfə dəvət alıb.
futbol11.az

Xəbər 1053 dəfə oxundu.