“Turan” daha bir transferi rəsmiləşdirib
“Turan” daha bir transferi rəsmiləşdirib. Tovuz klubu Andrey Popoviçlə müqavilə bağlayıb.
Müqavilə ilə “Bakı”ya məxsus olan Popoviçlə 1 illik anlaşma imzalanıb. Berti Foqtsun bir müddət əvvələ qədər yığmanın toplanışlarına da cəlb etdiyi qolkiper bu yay Ukraynanın “Hoverla” klubunda baxışdan keçsə də, bu kluba transfer baş tutmamışdı. Popoviç ötən mövsüm icarə əsasında “Sumqayıt”da çıxış edib.

Xəbər 1006 dəfə oxundu.