“Azəryolservis” növbəti transferlərini rəsmiləşdirib
“Azəryolservis” növbəti transferlərini rəsmiləşdirib. Azərbaycan yığmasının bazasına çevrilən Bakı təmsilçisi daha 2 yerli voleybolçu ilə müqavilə imzalayıb.

Bunlar ötən ildə də “Azəryolservis”in uğurları üçün çalışmış Aynur Kərimova və Oksana Kiselyovadır. Onların hər ikisi ilə daha 1 illik razılıq əldə olunub.

Qeyd edək ki, Super Liqada ikinci mövsümünü keçirəcək “Azəryolservis” daha öncə Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Vendula Adlerova (Çexiya) və Tamas Cenefferlə (ABŞ) müqavilə bağlamışdı.

Xəbər 884 dəfə oxundu.