“Turan” 15 gün əvvəl heyətinə qatdığı Mikayıl Yusifovdan imtina edib
“Turan” 15 gün əvvəl heyətinə qatdığı Mikayıl Yusifovdan imtina edib. Bu barədə baş məşqçi Əsgər Abdullayev qərar verib.
İlk iki turda komandanın qapısını qoruyan qolkiper baş məşqçinin etimadını doğrultmayıb. “Neftçi”dən ayrılan Rauf Əliyevi heyətinə qatan “Turan” onun xidmətindən imtina edib. Üstəlik Tovuz klubu Andrey Popoviçi də “Bakı”dan icarəyə götürməyə hazırlaşır. Belə ki, Yusifovun Abdullayevə lazım olmamasının səbəbi aydınlaşır.

Xəbər 1081 dəfə oxundu.