Milli futbolçu “Qarabağ”a kömək edə bilməyəcək
Zədə səbəbindən millinin Bəhreynlə oyununu buraxan Əfran İsmayılov hələ yaxşılaşmayıb. Milli futbolçu növbəti turda “Qarabağ”a kömək edə bilməyəcək.
Belə ki, III turda Ağdam klubu “Sumqayıt”la qarşılaşacaq. Amma Əfran meydana çıxmayacaq. İsmayılovun IV turda “Rəvan”la baş tutacaq oyuna qədər hazır olub-olmayacağı bilinmir.

Xəbər 899 dəfə oxundu.