Dieqo Maradonanın oğlu Argentina çempionatının üçüncü divizionunda çıxış edəcək
Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu Argentina çempionatının üçüncü divizionunda çıxış edəcək. Dieqo Junior “El Porvenir” klubu ilə müqavilə bağlayıb.

Junior 1986-cı ildə, Maradona İtaliyanın “Napoli” klubunda oynayanda dünyaya gəlib. 1990-cı ildə neapollu qadın Kristina Sinaqra 6 yaşlı oğlu Dieqo Juniorun atasının Maradona olduğunu bəyan edib. Futbolçu əvvəlcə bunu inkar etsə də, DNK testindən sonra bu, sübuta yetirilib.

Xəbər 1068 dəfə oxundu.