Sərbəst güləş üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Rusiyanın qadınlardan ibarət yığma komandasını çalışdıracaq
Sərbəst güləş üzrə Azərbaycan yığmasının Dağıstandan olan sabiq baş məşqçisi Saypulla Absaidov Rusiyanın qadınlardan ibarət millisinə baş məşqçi təyin edilib.

Bu haqda məlumatı Rusiyanın İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili yayıb.

Xatırladaq ki, 63 yaşlı mütəxəssis 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb. S.Absaidov 2009-2012-ci və 2015-2016-cı illərdə Azərbaycanın sərbəst güləş üzrə əsas yığmasına başçılıq edib. Dağıstanlı mütəxəssis, həmçinin iki il gənclərdən ibarət milli komandamızı çalışdırıb.

Xəbər 381 dəfə oxundu.