"Fənərbaxça" transfer çalışmalarını davam etdirir
Transfer çalışmalarını davam etdirən "Fənərbaxça" daha bir futbolçuya "elçi düşüb". İstanbul təmsilçisi bu dəfə "Lion"da çıxış edən Bafetimbi Qomişi almağı planlaşdırır.

"Sarı lacivərdli" klubun baş məşqçisi Aykut Kocaman da yeni mövsümdən fransız forvardı sərəncamında görməyi arzulayır.

Klub rəhbrəliyi çalışdırıcının istəyini reallaşdırmaq üçün qarşı tərəfə 9 milyon avro ödəməyə hazırdı. "Lion" rəhbərliyinin bu məbləğlə razılaşdığı qeyd olunur.

"Fənər" bundan əvvəl "Yuventus"dan Miloş Krasiçi transfer edib.

2009-cu ildən "Lion"un uğurları üçün tər tökən Qomiş keçirdiyi 107 görüşdə rəqib qapılarına 34 dəfə yol tapıb.

Xəbər 897 dəfə oxundu.