Gürcüstan yığması növbəti yoldaşlıq oyununu keçirib | |
Gürcüstan yığması növbəti yoldaşlıq oyununu keçirib. Qonşu ölkə yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi Lüksemburqla qarşılaşıb. Oyun gürcülərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Bakı”nın futbolçusu Georgi Popxadze də matçın iştirakçısı olub. Baş məşqçi Temuri Ketsbaya onu 60-cı dəqiqədə Gürcüstanın hər iki qolunun müəllifi olan Aleksandr Amisulaşvilinin yerinə meydana buraxıb. |
|
Xəbər 853 dəfə oxundu. |
|
|