Bəhreyn millisi Azərbaycan yığmasının tarixinə düşüb
Bəhreyn millisi Azərbaycan yığmasının tarixinə düşüb. Asiya təmsilçisi 1-dən artıq oyun keçirib, hər dəfə qalib gəldiyimiz 3-cü komanda olub.

Yığmamız bunadək digər 2 Asiya ölkəsi – Tacikistan və Qırğızıstanla qarşılaşmalarda da mütləq nəticə göstərib. Lakin Bəhreynlə matçların top fərqi daha yaxşıdır. Bu isə o deməkdir ki, son matçdakı rəqib yığmamız üçün ən münasib komanda, yəni “yağlı tikə”dir.

Ümumilikdə, Azərbaycan yığması indiyədək qarşılaşdığı rəqiblərdən yalnız 8-i ilə matçlarda xal itirməyib. Bunlardan 3-ü ilə 2, 5-i ilə 1 matçda 100 faizlik nəticə əldə olunub

Xəbər 872 dəfə oxundu.