Maradona Çində məşqçi ola biləcəyini deyib
Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona Çində məşqçi ola biləcəyini deyib. Son dəfə “Al Vasl” klubunu çalışdıran əfsanəvi futbolçu Çin Liqasında işləyə biləcəyini qeyd edərək,bu barədə istəkli olduğunu vurğulayıb.

Məlumat üçün bilrək ki, Dieqo ilə Çin Liqasından olan bir neçə klub görüşə hazırlaşır.

Ulduz isə bu mövzu ilə baölı bunları deyib: “Çində işləmək və çinli gənclərin futbolda daha da inkişaf etməyində iştirak etmək istəyirəm”.

Argentina mətbuatında yer alan digər xəbərə görə isə Maradona artıq Pekinə gedərək mövzu ilə bağlı görüşlər edib, hətta bəzi danışıqları reallaşdırıb.

Xəbər 1069 dəfə oxundu.