Bəhreyn milli komandası tarixində 2-ci dəfə avropalılardan darmadağın alıb
Bəhreyn milli komandası tarixində 2-ci dəfə avropalılardan darmadağın alıb. Asiya təmsilçisini 3:0 hesabı ilə məğlub edən Azərbaycan yığmasına qədər yalnız Finlandiya ərəblərə futbol dərsi keçmişdi.

Bu da 26 il əvvəl qeydə alınıb. 1986-cı il fevralın 24-də Bəhreynə 4 cavabsız qol vuran “suomilər”dən başqa bunu heç kim bacarmamışdı. Millimiz 3 cavabsız qol vurmaqla, rəqibinə UEFA-ya üzv olan ölkələrdən 2-ci dərsi keçdi.

Qeyd edək ki, Asiya təmsilçisi Avropa zonasında çıxış edən ölkələrdən yalnız 11-i ilə qarşılaşıb.

Xəbər 865 dəfə oxundu.