İcarə əsasında “Neftçi”də çıxış edən Mamadu Kane qışda Yunanıstan klubuna qayıda bilər | |
Müqavilə ilə “Olimpiakos”a məxsus olan, icarə əsasında “Neftçi”də çıxış edən Mamadu Kane qışda Yunanıstan klubuna qayıda bilər. Yunanıstan təmsilçisi Kanenin çıxışından razıdır və onu qışda komandaya cəlb etmək istəyir. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. “Olimpiakos” yay transfer pəncərəsi dövründə “Neftçi”nin futbolçusu Kaneylə rəsmi müqavilə imzalayıb və yarımmüdafiəçini yenidən “ağ-qaralar”a icarəyə verib. Qvineya millisinin də üzvü olan Kanenin “Neftçi” ilə müqaviləsi mövsümün sonunadəkdir. |
|
Xəbər 358 dəfə oxundu. |
|
|