"Arsenal"da çıxış edən Robin Van Persi iş yerini dəyişir
"Arsenal"da çıxış edən Robin Van Persi iş yerini dəyişir. Hollandiyalı forvard "Mançester Yunayted"ə keçir.

Məsələ ilə bağlı rəsmi açıqlama verən "qırmızı şeytanlar" "Arsenal"la ilkin razılıq əldə etdiklərini bəyan edib. Klubun rəsmi saytı isə 29 yaşlı oyunçunun tibbi müayinədən keçdikdən sonra komanda ilə müqavilə bağlayacağını yazıb.

Təcrübəli futbolçu "Yuventus" və "Mançester Siti"nin də maraq dairəsində idi.

Van Persi 2004-cü ildən "Arsenal"da forma geyirdi. O, "topçular"ın heyətində keçirdiyi 194 matçda 96 qol vurmağı bacarıb.

Xəbər 949 dəfə oxundu.