Bəxtiyar Soltanov: "Qurban Qurbanov mənə özünə yeni klub tap deyib"
“Bəli, Qurban Qurbanov mənə özünə yeni klub tap deyib. Amma bunun səbəbini bilmirəm”. Bu sözləri “Qarabağ”ın futboçlusu Bəxtiyar Soltanov deyib.
Bir neçə gün əvvəl “Qarabağ”a yaxın mənbəyə istinadən xəbər vermişdik ki, Bəxtiyarın formasından narazı olan baş məşqçi ona transfer pəncərəsi bağlanana qədər özünə klub tapmağı tapşırıb. Artıq futbolçu xəbəri təsdiqləyib.
Lakin Bəxtiyar qısa müddətdə yeni klub tapmağın çətin olduğunu bildirib: “Artıq transfer pəncərəsinin son günləridi. Bütün komandalar transferlərini ediblər. İndi hara gedə bilərəm?”.

Xəbər 1061 dəfə oxundu.