“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib
Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. İyirmi altı yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Fernan 2019/2020-ci il mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, komandada keçirdiyi 22 oyunda 3 qol vurub.

“Selta” klubunun yetirməsi olan Lopes 2011-2014-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və, “Barakaldo” klublarının da formasını geyinib. Fernan 2020/2021-ci il mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.

Xəbər 310 dəfə oxundu.