Premyer Liqanın III turun əsas qarşılaşmalarından biri “Neftçi” və “Qəbələ” arasında keçiriləcək
Premyer Liqanın III turun əsas qarşılaşmalarından biri “Neftçi” və “Qəbələ” arasında keçiriləcək. Avqustun 18-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq qarşılaşma tərəflər arasında 17-ci duel olacaq.
İndiyəqədərki oyunlarda “Neftçi”nin üstünlüyü var. Paytaxt klubu 7 qələbə qazandığı halda Qəbələ təmsioçisi 5 dəfə 3 xala sevinib. Qalan 4 matçda qalib müəyyənləşməyib. Top fərqində “Neftçi”nin böyük üstünlüyü var – 21:14.
“Neftçi” indiyədək baş tutan 8 ev oyunundan 3-də qələbə qazanıb, 3-də heç-heçə edib və 2-də “Qəbələ”yə uduzub.
Bu komandalar arasında ilk 6 qarşılaşmada “Qəbələ” qələbə üzü görməyib. 5 oyunda “Neftçi” qələbə qazanıb, 1 qarşılaşma sülhlə yekunlaşıb.
“Neftçi” “Qəbələ” üzərində son qələbəsini düz 11 ay əvvəl – 2011-ci ilin 18 sentyabrında qazanıb. Ondan sonrakı 3 oyunda “Qəbələ” 3 xala sevinib.
30.09.2006 Neftçi – Gilan 4:1
03.04.2007 Gilan - Neftçi 1:4
26.08.2007 Neftçi – Qəbələ 2:0
02.03.2008 Qəbələ – Neftçi 2:3
24.08.2008 Qəbələ – Neftçi 0:1
01.03.2009 Neftçi – Qəbələ 0:0
21.10.2009 Qəbələ – Neftçi 1:0
10.12.2009 Neftçi – Qəbələ 1:1
03.04.2010 Neftçi – Qəbələ 1:2
09.05.2010 Qəbələ – Neftçi 0:0
15.08.2010 Qəbələ – Neftçi 0:2
21.11.2010 Neftçi – Qəbələ 0:0
18.09.2011 Neftçi – Qəbələ 2:0
20.11.2011 Qəbələ – Neftçi 1:0
11.03.2012 Qəbələ – Neftçi 4:1
11.05.2012 Neftçi – Qəbələ 0:1

Xəbər 964 dəfə oxundu.