Premyer Liqanın III turunun mərkəzi qarşılaşması “İnter”lə “Xəzər Lənkəran” arasında keçirləcək
Premyer Liqanın III turunun mərkəzi qarşılaşması “İnter”lə “Xəzər Lənkəran” arasında keçirləcək. “Şəfa” stadionundakı təmir işlərinə görə “AZAL Arena”da keçiriləcək qarşılaşma tərəflər arasında 23-cü qarşılaşma olacaq.
Bu komandaların oyunlarında heç-heçə daha populiyardı. Belə ki, indiyədək baş tutmuş 22 qarşılaşmadan 12-də qalib müəyyənləşməyib. Qələbə sayında isə “İnter” üstündü. “Bankirlər” 6 dəfə 3 xala sevindiyi halda, lənkəranlılar 4 dəfə qələbəni bayram edib. Top fərqində isə “İnter”in cüzü üstünlüyü var – 22:21.
“İnter” ev oyunlarında “Xəzər Lənkəran”a bir dəfə uduzub ki, bu da 2011-ci ildə baş verib. Qalan 10 oyundan 4-də qələbə qazanan “bankirlər” 6 halda meydana bir xalla tərk edib.
21.11.2004 İnter – Xəzər Lənkəran 1:0
21.04.2005 Xəzər Lənkəran – İnter 0:0
11.09.2005 İnter – Xəzər Lənkəran 2:0
12.03.2006 Xəzər Lənkəran – İnter 1:1
28.10.2006 Xəzər Lənkəran – İnter 0:0
18.04.2007 İnter – Xəzər Lənkəran 0:0
06.10.2007 İnter – Xəzər Lənkəran 2:2
13.04.2008 Xəzər Lənkəran – İnter 3:1
09.11.2008 Xəzər Lənkəran – İnter 2:4
24.04.2009 İnter – Xəzər Lənkəran 2:2
21.08.2009 Xəzər Lənkəran – İnter 1:0
06.12.2009 İnter – Xəzər Lənkəran 1:1
21.03.2010 İnter – Xəzər Lənkəran 1:0
23.04.2010 Xəzər Lənkəran – İnter 2:2
21.08.2010 Xəzər Lənkəran – İnter 0:0
27.02.2011 İnter – Xəzər Lənkəran 1:3
16.04.2011 Xəzər Lənkəran – İnter 1:1
30.04.2011 İnter – Xəzər Lənkəran 1:1
30.09.2011 İnter – Xəzər Lənkəran 1:0
04.12.2011 Xəzər Lənkəran – İnter 0:1
01.04.2012 Xəzər Lənkəran – İnter 2:0
29.04.2012 İnter – Xəzər Lənkəran 0:0

Xəbər 1030 dəfə oxundu.