Fernando Llorente daha bir klubun hədəfinə düşüb
“Atletik”in ulduz futbolçusu Fernando Llorente daha bir klubun hədəfinə düşüb. İsiniya yığmasının üzvü “Barselona”nın maraq dairəsindədi.
Kataloniya klubu “Yuventus”un da transfer etmək istədiyi 27 yaşlı hücumçunu heyətinə qatmaqda maraqldı. Məlumata görə, kataloniyalılar Llorente üçün “Atletik”ə rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, Llorente 2005-ci ildən “Atletik”də çıxış edir – 236 oyun, 79 qol. 2008-ci ildən sonra 20 dəfə İspaniya millisinə dəvət alan ulduz futbolçu 7 qola imza atıb.

Xəbər 870 dəfə oxundu.