Toğrul Əsgərov: “Olimpiya çempionluğunun nə qədər gözəl bir hiss olduğunu Bakıda anladım”
Çox sevincliyəm, demək olar ki sevincimin həddi-hüdudu yoxdur. Çox sağ olun ki, gəlmisiniz. Çalışacağam ki, böyüklər arasında Avropa və dünya çempionu olum. Hər bir idmançının arzusu Olimpiya çempionu olmaqdır. Mənim də ən böyük arzum idi. Çox şükür, arzuma çatdım və xoşbəxtəm.

Bu sözləri XXX London Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində qızıl mükafatçısı Toğrul Əsgərov AzərTAc-a müsahibəsində deyib.

“Bakıya çatıb bu qədər insanı ətrafımda görüncə olimpiya çempionluğunun nə qədər gözəl bir hiss olduğunu anladım” deyən T.Əsgərov bu vaxta kimi belə sevinmədiyini diqqətə çatdırıb.
Çempion bundan sonra idmanla daha çox məşğul olacağını və Olimpiya çempionu adını təkrar qazanacağını vurğulayıb.

Xəbər 1505 dəfə oxundu.