“Champions Chess Tour”: Teymur Rəcəbov Şəhriyar Məmmədyarova qalib gəlib | |
Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçirilib. 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəliblər. T.Rəcəbov Ş.Məmmədyarova 2,5:1,5 hesabı ilə qalib gəlib. Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur. Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. |
|
Xəbər 295 dəfə oxundu. |
|
|