“Azərreyl” Polşaya səfər edəcək
“Azərreyl” Polşaya səfər edəcək. “Dmiryolçular” bu ölkədə keçiriləcək Aqati Mroz-Olszevskiejin xatirəsinə həsr olunacaq IV beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Yarışa Bakı təmsilçisi ilə yanaşı, yerli “Tauron”, Serbiyanın “Srvena Zvezda” və Rusiyanın “Dinamo” (Moskva) klubları da qatılacaq. Sentyabrın 14-də başlayacaq turnir 3 gün davam edəcək.

Maraqlıdır ki, Polşanın “Tauron” komandası Çempionlar Liqasında məhz “Azərreyl”lə, digər 2 komanda isə analoji yarışda “Lokomotiv”lə eyni qrupda yer alıb.

Xəbər 1004 dəfə oxundu.