“Neftçi”nin transferə çıxardığı üç futbolçudan biri hələ də komandadı
İsrailin “Hapoel” klubu ilə ilk oyundan sonra “Neftçi”nin transferə çıxardığı üç futbolçudan biri hələ də komandadı. Komandanın makedoniyalı üzvü İqor Mitreski hələ də komandadan ayrılmayıb.
Heç bir təklif almayan veteran mərkəz müdafiəçisi formasını itirməmək üçün əvəzedici komanda ilə məşq edir. O, hətta son turda meydana da çıxıb. Belə ki, Miterski “Qarabağ” və “Neftçi”nin əvəzedici heyətləri arasında matçda meydana start heyətində çıxan makedoniyalı 72-ci dəqiqədə Elnur Soltanlı tərəfindən əvəzlənib və 6:1 hesablı qələbədə pay sahibi olub. Onunla yanaşı, “Neftçi”nin heyətində Eşqin Quliyev də meydana çıxıb.
“Qarabağ”da isə əsas heyətdən Elton Yaqublu, Emin İmaməliyev, Tural İsgəndərov və Bəxtiyar Soltanov əvəzedicilərlə birlikdə oynayıb.

Xəbər 895 dəfə oxundu.