Neftçi”nin daha bir oyununun vaxtı dəyişikliyə məruz qalıb.
Neftçi”nin daha bir oyununun vaxtı dəyişikliyə məruz qalıb. Çempionlar Liqasındakı uğursuz çıxışdan sonra Avropa Liqasına yollanan paytaxt təmsilçisinin Premyer Liqanın III turundakı oyununun vaxtı dəyişdirilib.

Belə ki, komandanın Avropa Liqasının pley-off mərhələsi matçlarına daha yaxşı hazırlaşmasını və eləcə də klubun PFL-ə rəsmi müraciətini nəzərə alan qurum “ Qəbələ” ilə oyunun vaxtını dəyişməyi qərara alıb. Avqustun 19-da baş tutmalı olan görüş 1 gün əvvəl, ayın 18-də baş tutacaq.

Qeyd edək ki, “Neftçi”nin I turun “Bakı” ilə oyunu qeyri-müəyyən vaxta təxirə salınmışdı. II turun “Qarabağ”la oyunu isə təxirə salınaraq 1 gün gec baş tutub.
pfl.az

Xəbər 882 dəfə oxundu.