İntizam Komitəsinin qərarları
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Premyer Liqanın II turunda da baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Bakı” – “Simurq” görüşündə qapı torunda problem olduğuna görə matç 7 dəqiqə gec başlayıb. Bu üzdən meydan sahibi klub 3000 manat cərimə olunub. AZAL – “Rəvan” matçında komandalar müvafiq olaraq 4 və 5 sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ödəməli olacaq.

“Sumqayıt”la oyunda 4 futbolçusu xəbərdarlıq alan “Turan”ın da cəzası eyni olub. Qarşılaşmanın 28-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Uğur Pamuk kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb və “Gənclik şəhəri” təmsilçisini 2000 manat ziyana salıb.
affa.az

Xəbər 821 dəfə oxundu.