London 2012: Paralimpiyaçılarımızın yekun siyahısı açıqlanıb | |
Avqustun 29-dan sentyabrın 9-dək keçiriləcək London Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və ölkələrin yekun siyahısı açıqlanıb. 14-cü dəfə keçiriləcək yarışa 165 ölkədən 4200 idmançı qatılacaq. Onlar 21 idman növündə 503 dəst medalın sahibini müəyyənləşdirəcəklər. 4 il öncə Pekində 4 idman növündə 18 atletlə mübarizə aparan Azərbaycan yığması Londonda 6 idman növündə 22 paralimpiyaçı ilə iştirak edəcək. Bu da əvvəlki Paralimpiya Oyunları ilə müqayisədə daha çox medal qazanmaq şansımızın olması deməkdir. Xatırladaq ki, Pekin-2008-də Azərbaycan paralimpiyaçıları 2 qızıl, 3 gümüş və 5 bürünc medalla komanda hesabında 38-ci yeri tutmuşdu. Paralimpiadada iştirak edəcək yığmamızın siyahısı Kamandan oxatma Zinyət Vəliyeva Cüdo Kişilər Ramin İbrahimov (60 kq) Bayram Mustafayev (66 kq) Rövşən Səfərov (73 kq) Tofiq Məmmədov (91 kq) Kərim Sərdarov (100 kq) İlham Zəkiyev (+100 kq) Qadınlar Afaq Sultanova (57 kq) Atletika Kişilər Oloxan Musayev (diskatma, nüvəitələmə) Vladimir Zayets (üçtəkanla tullanma, estafet qaçışı) Oleq Panyutin (üçtəkanla tullanma, estafet qaçışı) Hüseyn Həsənov (üçtəkanla tullanma) Rza Osmanov (100 m; 200 m; 400 m məsafələrə qaçış; estafet) Elçin Muradov (100 m; 200 m məsafələrə qaçış; estafet) Samir Nəbiyev (diskatma) Yuri Qonak (200 m məsafələrə qaçış; estafet) Qadınlar Mədinat Abdullayeva (nüvəitələmə) Pauerliftinq Elşən Hüseynov (100 kq) Məhərrəm Əliyev (+100 kq) Üzgüçülük Natali Pronina (kompleks, 200 m; brass, 100 m; sərbəst üsulla 50 m, 100 m və 400 m; arxasıüstə 100 m) Atıcılıq Əkbər Muradov (güllə atıcılığı, 10 m; 25; 50 m) Yelena Taranova (güllə atıcılığı, 10 m; 25; 50 m) |
|
Xəbər 1303 dəfə oxundu. |
|
|