“Qəbələ”nin daha bir futbolçusuna milli komandadan dəvət gəlib
“Qəbələ”nin daha bir futbolçusuna milli komandadan dəvət gəlib. Bu yay Birləşmiş Ərəb Əmirliklərinin “Əl Dafra” klubundan transfer olunan Omar Kalabane Qvineya yığmasına çağırılıb. O, sabah Mərakeşlə keçiriləcək yoldaşlıq oyununun iştirakçısı olacaq.
Qeyd edək ki, “Qəbələ”nin daha 5 futbolçusu milli komandalara çağırılıb. Vurğun Hüseynov, Aleksandr Çertoqanov, Anar Nəzirov Azərbaycanın əsas, Ürfan Abbasov Azərbaycanın U-21, Deyan Kelhar isə Sloveniya millisindən dəvət alıb. Onlar Azərbaycan – Bəhreyn, Azərbaycan U-21 – Estoniya U-21 və Sloveniya – Rumıniya oyunlarının iştirakçısı olacaq.

Xəbər 927 dəfə oxundu.