Həvəskar tennisçilər arasında | |
Sentyabrın 25-də İdman Tennis Kompleksində həvəskar tennisçilər arasında “Zəfər kuboku” turniri keçiriləcək. Turnir ikinci Qarabağ müharibəsi şəhidi, gizir Elvin İslamovun xatirəsinə həsr ediləcək. Yarış qrup, pley-off mərhələsi və finaldan ibarət olacaq. Qalib gələn iştirakçılara kubok, medal və xatirə hədiyyələri təqdim ediləcək. |
|
Xəbər 456 dəfə oxundu. |
|
|