Xorvatiyada cüdo üzrə Qran-Pri turniri start götürüb
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürüb.

Azərbaycanı nüfuzlu turnirdə 2 cüdoçu təmsil edir. Belə ki, Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Cüdoçumuz Hidayət Heydərov yarışın ikinci günündə - sentyabrın 25-də tatamiyə çıxacaq. O, ilk qarşılaşmada Yehonatan Elbaz (İsrail) ilə gücünü sınayacaq. Digər cüdoçumuz Məmmədəli Mehdiyev isə turnirin üçüncü günündə yarışa qatılacaq. Onun ilk rəqibi isə Sebastyan Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayacaq.

Xəbər 304 dəfə oxundu.