“Turan” transfer çalışmalarını davam etdirir
Cari mövsümə “Kəpəz” üzərində qələbə ilə başlayan, amma ardınca doğma meydanda “Sumqayıt”a miniml hesabla yenilən “Turan” transfer çalışmalarını davam etdirir. “Sumqayıt”la yollarını ayıran və bir müddət klubsuz qalan Fərid Quliyevin ardından Tovuz təmsilçisi daha bir futbolçu ilə anlaşıb.

Belə ki, Aleksandr Qoqoberişvili yenidən əyalət klubunun uğurları üçün tər tökəcək. Artıq komandanın düşərgəsində olan yarımmüdafiəçi “Simurq”la görüşdə meydana çıxa biləcək.

Qeyd edək ki, Qoqoberişvili ötən mövsümü də “Turan”ın heyətində keçirib. Gürcü futbolçu hətta komandasının ən çox qol vuran oyunçusu da olub. Çempionat başa çatdıqdan sonra onun “Turan”a dönməyəcəyi açıqlanmışdı. Ancaq yarımmüdafiəçi axtarışını davam etdirən baş məşqçi Əsgər Abdullayev sabiq tələbəsinin xidmətinə yenidən ehtiyac duyub.

Xəbər 900 dəfə oxundu.