Azərbaycan yığmasının XIV London Yay Paralimpiya Oyunlarına yollanacağı tarix məlum olub
Azərbaycan yığmasının XIV London Yay Paralimpiya Oyunlarına yollanacağı tarix məlum olub. Avqustun 22-də mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək komandamız ertəsi gün Böyük Britaniyaya gedəcək.

Həmin gün saat 16:30-da Azərbaycan Milli Paralimpiya Komitəsinin heyəti, məşqçilər və idmançıların Heydər Əliyev beynəlxalq Hava Limanında təntənəli yolasalma mərasimi keçiriləcək.

Yığmamız Londonda 6 idman növündə 22 atletlə təmsil olunacaq. Paralimpiada avqustun 29-da start götürəcək və sentyabrın 9-da başa çatacaq.

Xatırladaq ki, London Yay Olimpiya Oyunları Azərbaycan üçün uğurlu olub. İdmançılarımız burada 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla, tarixinin ən yaxşı nəticəsinə imza atıblar.

Xəbər 1228 dəfə oxundu.