İvana Milos karyerasını Türkiyədə davam etdirəcək
“Lokomotiv”lə yeni müqavilə imzalayacağı gözlənilən İvana Milos karyerasını Türkiyədə davam etdirəcək. Son 2 ili Azərbaycan Super Liqasında oynayan xorvatiyalı legioner Çempionlar Liqasında “Azərreyl”in rəqibi “Əczaçıbaşı” ilə anlaşıb.

O, İstanbul təmsilçisinin heyətində oynamağa qərara verib. Ölkəmizə gələn əcnəbilər arasında səviyyəlilərdən biri olan Milos yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 2010/2011 mövsümündə “İqtisadçı”da oynayan və onlarla Azərbaycan Super Liqasının bürünc mükafatını qazanan voleybolçu son mövsümü “Lokomotiv”in heyətində keçirib. O, “dəmiryolçular”la “Çelenc Cup”da qızıl, ölkə çempionatında gümüş medala sahib olub.

Xəbər 1338 dəfə oxundu.