2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında Böyük Britaniyanın futbol yığması çıxış etməyəcək

2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında Böyük Britaniyanın futbol yığması çıxış etməyəcək. Bu qərarı İngiltərə Futbol Assosiasiyası verib.

Onlar bütün turnirlərdə 4 müxtəlif yığma – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya kimi çıxış edən ölkənin Olimpiadada vahid komanda kimi çıxış etməsini artıq lazımsız sayır. Lakin bu qərar yalnız kişilərdən ibarət yığma ilə bağlıdır. Qadınlardan ibarət komanda ilə bağlı isə hələ qəti qərar verilməyib.

Qeyd edək ki, 52 illik fasilədən sonra vahid yığma kimi London Olimpiadasına qatılan britaniyalılar 1/4 finaladək irəliləmişdi.

Xəbər 979 dəfə oxundu.