Sabah şahmat üzrə klublar arasında Avropa kuboku yarışı start götürəcək
Sentyabrın 18-də Makedoniyanın Struqa şəhərində qadın və kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışları start götürəcək.

Kişilərin yarışında Azərbaycanı “Vüqar Həşimov” klubu təmsil edəcək. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid" komandasının heyətində çıxış edəcək. Yığmamızın başqa bir üzvü Nicat Abasov isə İspaniyanın "C.A Silla" komandasını təmsil edəcək.

Qeyd edək ki, kişilərin yarışında 38, qadınların turnirində isə 8 komanda mübarizə aparacaq.

Xəbər 318 dəfə oxundu.