Dəmir İbriç Yüksəl Azərbaycan klublarından birinin hədəfinə düşüb
“Kocaelispor”un futbolçusu Dəmir İbriç Yüksəl Azərbaycan klublarından birinin hədəfinə düşüb. 28 yaşlı hücumçu Türkiyə mətbuatına müsahibəsində təmsilçimizlə danışıqlar apardığını bildirib. Lakin danışıqlar müsbət nəticə verməyib. “Kocaelispor” rəhbərliyi isə əslən bosniyalı olan futbolçusunu buraxmaq istəmir.

Qeyd edək ki, Türkiyədə anadan olan Dəmir Bosniya milli komandalarının da şərəfini qoruyub.

Xəbər 987 dəfə oxundu.