London 2012: medal sayında 1-ci olan ABŞ-ın uğurunu kölgədə qoyan tapılıb
London Olimpiadasında medal sayında 1-ci olan ABŞ-ın uğurunu kölgədə qoyan tapılıb. Vaxtilə prinsipial rəqiblər sayılan keçmiş SSRİ ilə amerikalıların uğurlarını müqayisə edəndə, maraqlı məqam üzə çıxıb. Belə ki, postsovet məkanı ölkələrinin XXI Yay Olimpiya Oyunlarında mükafatlarını üst-üstə yığanda, liderliyi nəzərə çarpır.

Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ təmsilçiləri ümumilikdə 164 medal qazanıblar. Bu da 104 medalı olan ABŞ-dan sayca 60 çoxdur.

Amerikalıların həmin medallarından 46-sı qızıl, 29-u gümüş və bürünc olub. Keçmiş sovet ölkələri 47 qızıl qazanmaqla, bu göstəricidə də ABŞ-ı qabaqlayıb. Artıq tarixin yaddaşına köçən ölkənin 44 gümüş, 73 bürünc medalı var.

Qeyd edək ki, bu uğurda pay sahibi olmaqla öz rekordunu yeniləyən Azərbaycanın Londonda qazandığı 10 medaldan 2-si qızıl, 2-si gümüş, 6-sı bürünc olub.

Xəbər 927 dəfə oxundu.