Nikolas Kanales Azərbaycan Premyer Liqasının tarixinə düşmüşdür
“Neftçi” klubunun futbolçusu Nikolas Kanales Azərbaycan Premyer Liqasının tarixinə düşmüşdür.
N.Kanales Azərbaycan çempionatları tarixində ilk çilili futbolçu olmuşdur. İkinci turun “Qarabağ”la oyununda debüt edən bu legionerədək heç bir çilili futbolçu Azərbaycan çempionatlarında çıxış etməmişdi. N.Kanalesin debütü ilə ölkə birinciliyində təmsil olunan ölkələrin sayı da artmışdır.
Belə ki, Çililiyə qədər 67 ölkə Azərbaycan Premyer Liqasına oyunçu vermişdi. Bunların 6-sı N.Kanalesin də təmsil etdiyi Cənubi Amerikanın ölkələridir. Çililiyə kimi Argentina, Braziliya, Paraqvay, Boliviya, Kolumbiya və Uruqvaydan olan futbolçular Azərbaycan çempionatlarında çıxış etmişlər.
AzərTAc

Xəbər 974 dəfə oxundu.