"Neftçi" "Qəbələ" ilə keçirəcəyi matçın hazırlığına start verib
"Neftçi"nin əvəzedici komandası ölkə çempionatının növbəti turunda "Qəbələ" ilə keçirəcəyi matçın hazırlığına start verib.

Elşad Əhmədovun baş məşqçisi olduğu komanda bu gün klubun bazasında məşq edib.

Yüngül qaçışla başlanan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Xatırladaq ki, əvəzedici komanda ötən mövsüm məhz "Qəbələ"ni qabaqlayaraq ölkə çempionatın qızıl medallarına sahib olmuşdu.

Xəbər 841 dəfə oxundu.