Fərid Quliyevin yeni klubu rəsmən müəyyənləşib
Azərbaycan milli komandasının üzvü Fərid Quliyevin yeni klubu rəsmən müəyyənləşib. Heç kimin gözləmədiyi bir halda “Sumqayıt”dan kənarlaşdırılan forvard karyerasını “Turan”da davam etdirəcək.
Fərid artıq bu gün komandaya qoşulub və onunla bir illik müqavilə imzalanacaq. Məlumatı “Turan”ın baş məşqçisi Əsgər Abdullayev də təsdiqləyib.

Xəbər 1006 dəfə oxundu.