Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər: İbişov İlqar Əsgər oğlu İbrahimov Ramin İbrahim oğlu Kirillov Fyodor Borisoviç. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 sentyabr 2021-ci il |
|
Xəbər 422 dəfə oxundu. |
|
|