Nikolas Kanales Azərbaycan Premyer Liqasının tarixinə düşüb
"Neftçi" klubunun futbolçusu Nikolas Kanales Azərbaycan Premyer Liqasının tarixinə düşüb. Kanales Azərbaycan çempionatları tarixində ilk çilili futbolçu olub.

II turun "Qarabağ"la oyununda debüt edən legionerə qədər heç bir çilili futbolçu Azərbaycan çempionatlarında çıxış etməmişdi. Kanalesin debütü ilə ölkə birinciliyində təmsil olunan ölkələrin sayı da artıb.

Belə ki, Çililiyə qədər 67 ölkə Azərbaycan Premyer Liqasına oyunçu vermişdi. Bunların 6-sı Kanalesin də təmsil etdiyi Cənubi Amerika ölkələridir. Çililiyə kimi Argentina, Braziliya, Paraqvay, Boliviya, Kolumbiya və Uruqvaydan olan futbolçular Azərbaycan çempionatlarında çıxış edib.

Xəbər 1101 dəfə oxundu.