Azərbaycan milli komandası London Yay Olimpiya Oyunlarının ən yaxşısı olub
Sərbəst güləş üzrə Azərbaycan milli komandası London Yay Olimpiya Oyunlarının ən yaxşısı olub. Hesabına 2 qızıl və 1 bürünc medal yazan yığmamız bu idman növündə dünyanın bütün ölkələrini qabaqlayaraq, ABŞ-la birlikdə zirvədə qərarlaşıb.

Sərbəst güləşdə sahibini tapan 7 dəst medala isə ümumilikdə 14 ölkə sahib çıxıb. Onlardan yalnız 5-i çempionluq sevinci yaşayıb.

Sərbəst güləşdə ölkəmizi Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq), Camaləddin Maqomedov (120 kq) təmsil edib. Toğrul və Şərif qızıl, Xetaq isə bürünc qazanıb.

Xəbər 949 dəfə oxundu.