Paracüdoçumuz Dürsədəf Kərimova Tokio Paralimpiadasının finalına yüksəlib | |
Qadın paracüdoçumuz Dürsədəf Kərimova “Tokio-2020” Yay Paralimpiya Oyunlarının finalına yüksəlib. 70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz ukraynalı Anastasiya Harnik və Braziliya idmançısı Meq Emmeriçə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Qazaxıstan təmsilçisi Zarina Baybatina olacaq. Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 8 qızıl və 2 bürünc medal var. “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək. |
|
Xəbər 562 dəfə oxundu. |
|
|