Para-atletimiz Elvin Astanov “Tokio-2020”nin qızıl medalını qazanıb
Para-atletimiz Elvin Astanov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

İdmançımız nüvə itələmə növündə bütün rəqiblərini qabaqlamağı bacarıb. Təmsilçimiz 8,77 metr nəticə ilə Paralimpiya rekordunu yeniləyib.

Bunadək Azərbaycan komandasının aktivində 9 medal var idi. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı ilə təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 405 dəfə oxundu.