Almaniya Superkuboku uğrunda oyun keçirilib
Almaniya Superkuboku uğrunda oyun keçirilib. Mükafat uğrunda Dortmund “Borussiya”sı ilə “Bavariya” mübarizə aparıb. Ötən mövsüm dubl edən dortmundlular hər iki yarışda üstələdiyi “Bavariya” ilə bu dəfə bacarmayıb. Tarixində 5-ci Superkuboku qazanan Münhen təmsilçisi erkən qollarla sevinib. Debütünü qolla qeyd edən Mario Mandjukiçin hesabı açmasından sonra Tomas Müller fərqi 2-yə çatdırıb. Çempionun bundan sonra gücü yalnız 1 qola çatıb.

"Bavariya" - "Borussiya" D - 2:1
Mandjukiç, 6, Müller, 11 - Levandovski, 75

Xəbər 997 dəfə oxundu.